Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirildi.

May ayının 10-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar məktəbimizdə anım dəqiqələri və bir sıra tədbirlər keçirilmiş, siniflərdə Ümumilli liderin xatirəsi yad edilmişdir. 6A sinif şagirdlərinin təşkil etdikləri tədbirdə Heydər Əliyevə həsr olunmuş şeirlər söylənilmiş, esselər oxunmuşdur. Təşkil olunmuş foto-sənədli sərgidə Ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığı əks olunmuşdur. Tədbirin sonunda sinif rəhbəri İradə Ağayeva Ulu Öndər haqqında şagirdlərə daha geniş məlumat vermişdir. Həmin gün məktəbimizdəki Kiçik Akademiyada da "Ümummilli lider Heydər Əliyevin İrsini öyrənirik və təbliğ edirik" adlı elmi konfrans keçirildi. Kiçik Akademiyanın üzvləri həm müəllimlər, həm də şagirdlər məruzələrlə böyük dühanın həyatı və gördüyü işlər haqqında çıxışlar etmişlər. Müəllimlərdən İradə Ağayeva, Nüşabə Babayeva, Sevinc Ağayeva, şagirdlərdən Həsənova Nuray, Abbasov Həsən, Abbasova Elmira, Miralay Emral, Qoqnidze Merabi, Qasmov Nihad, Muğalova Qızxanım , eyni zamanda məktəbin dərs hissə müdirləri İlyas Məmmədov və Sarıyeva Validə də elmi konfransda iştirak etmişdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi