Şanlı qələbə ilə tarix yazmış Azərbaycan xalqı

Prezident İlham Əliyev 25 fevral tarixində Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki çıxışı zamanı bir çox vacib məqamlara toxunmuş, ölkədə bugünə qədər aparılan sosial siyasətlə bağlı açıqlamalar vermiş və müharibənin Azərbaycan üçün qaçılmaz variant olduğunu bildirmişdir. Ölkə başçısının nitqində toxunduğu məsələlərdən biri də  Ermənistandakı mövcud ictimai-siyasi vəziyyətlə bağlı olmuşdur.

 

...1994-cü il atəşkəs dövründən başlayaraq münaqişənin dinc yolla həlli üçün Azərbaycan dövləti əlindən gələni etdi. Dəfələrlə sülh yolu ilə, qan tökülmədən bu problemi həll etmək istəyimiz bütün rəsmi tribunalardan bəyan edildi. Lakin  Ermənistanın hərbi-siyasi  rəhbərliyi  işğalçı ölkə olduğunu, sülh prosesinə həmişə biganə qaldığını nümayiş etdirirdi. Cəbhə xəttində demək olar ki, erməni silahlı qüvvələri hər gün atəşkəsi pozur, təxribatçılıqla məşğul olurdular. Çox təəssüf ki, təcavüzkar erməni faşistlərinə  2016-ci ilin  Aprel  döyüşlərindən də ibrət dərsi götürmədi. İkinci Qarabağ müharibəsinin başlanmasının məsuliyyəti də Ermənistanın üzərinə düşür. 2020-ci ilin iyul ayında və  sentyabrın 27-də yenə də  düşmən cəbhə xəttində  təxribat törətdi. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın Müzəffər Ordusu əks hücüm əməliyyatlarına başladı.

Müharibənin başladığı ilk gündən etibarən siyasi əqidəsindən asılı olmayaraq hər kəsin vahid amal naminə birləşməsi isə güclü xalq olduğumuzu bir daha təsdiq etdi. Bütün dünya Azərbaycan dövlətinin, xalqının və fərqli ölkələrdə yaşayan dünya azərbaycanlılarının gücünü, əzəmətini bir daha gördü.   Lakin müharibənin öz qanunları var. Ordu ordu ilə savaşar, əsgər əsgər ilə döyüşər - üz-üzə, mərd-mərdanə. Əfsus  ki,  döyüş meydanında  ordumuza məğlub olan Ermənistan bu qanunları da pozdu, müharibə cinayətləri törədərək, şəhər və kəndlərimizi, dinc əhalini atəşə tutdu. Düşmənin xain hücumları nəticəsində çox sayda mülki şəxs, o cümlədən uşaqlar, qadınlar həlak olub və yaralanıb, evlər, çoxmənzilli yaşayış binaları, obyektlər dağıldı... Düşmənin bu təxribatları, xain hücumları qələbə əzmi ilə döyüşən  milli ordumuzun iradəsini qıra bilmədi.

Çox qısa bir zamanda, 44 gün ərzində güclü, müasir silahlarla silahlanmış, xalqın güclü dəstəyini görən  müzəffə  ordumuzun  əsgər və zabitləri  əsl şücaət, qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdilər və nəhayət  Ermənistan  hərbi-siyasi  rəhbərliyi  rüsvayçılıqla təslim olmağa məcbur oldu. Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmiş 8 noyabr Zəfər Günü çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq hadisədir. Bu, Ali Baş Komandan İlham Əliyevin, xalqımızın və rəşadətli Ordumuzun qazandığı böyük tarixi Zəfərdir. Bu tarixi qələbə ilə Azərbaycan bütün dünyaya öz gücünü bir daha göstərdi.

Müharibə  Azərbaycan  Ordusunun  gücünü  göstərməklə yanaşı,  eyni zamanda  Ermənistan ordusundakı bütün çatışmazlıqları ortaya çıxartdı və illərdir yaradılan mifi darmadağın etdi. Bu  gün erməni  xalqı arasında Ermənistan ordusuna olan inamı sıfıra enib. Azərbaycan Ordusunda  isə   ölkə başçısının da dəfələrlə dediyi kimi, müharibə dövründə bir nəfər belə fərari yox idi. Əksinə, ordu sıralarına könüllü olaraq qoşulmaq istəyən gənclər Səfərbərlik xidmətlərinin qarşısında daim hazır vəziyyətdə gözləyirdilər. Könüllülərin sayı o qədər çoxluq təşkil etmişdi ki, səfərbərlik xidmətlərində ehtiyac olduğu halda dövlət səviyyəsində qərar veriləcəyi xalqa bildirilirdi.

Bu məqamda  ölkəmizin bütün  ümumtəhsil  məktəblərinin  vətənpərvərlik tərbiyəsində  xüsusi rolunu qeyd etmək istəyirəm.  Vətən  müharibəsində  mətinliklə döyüşən   gənclərimizin  əksəriyyəti   bir neçə  il əvvəlin  məktəb məzunları idi. Müəllimlərimizin  şagirdlərə  dövlət və dövlətçilik rəmzlərinə hörmət, sədaqət və ehtiram hissinin aşılanması   vətənpərvər gəncliyin formalaşması baxımından şübhəsiz ki, çox faydalı  olmuşdur.  Tarixi  Qələbəmiz  gənclərimizdə Vətənə olan sevgisi bir daha  artırdı.

Bəli,  2020-ci ilin 10 noyabr günü  Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir tarixdir. Həmin gün haqq-ədalətin qalib gəldiyi, xeyrin şər üzərində qələbə çaldığı gündür. Azərbaycan xalqı -  böyükdən  kiçiyə  kimi,  bu tarixi  qələbə gününü 30 ilə yaxın idi ki, gözləyirdi.

Biz qalibik!  Ali Baş Komandanmiz başda olmaqla şanlı  QƏLƏBƏMİZLƏ tarix yazan  Azərbaycan xalqıyıq.

    Yaşasın Ali Baş Komandan! Yaşasın Milli Ordumuz! Yaşasın Azərbaycan xalqı!

.......

 

 

Bakı şəhəri, Nəsimi rayonu,

 Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin

direktoru Budaqova Sevinc Budaq qızı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi