1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür

 

   Məktəbimizdə "Mülki Müdafiə Günü" qeyd olundu. Məqsədimiz şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblərdə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün  təxliyə olunmanı öyrətməkdən ibarətdir.  Məktəbin hərbi müəllimi Vaqif Abbasov şagirdlərə yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı zəruri tədbirlər haqqında məlumat verdi. Ətrafdakı radiasiyanı müəyyən olunması, əlehqaz və digər vasitələrdən istifadə qaydaları izah edildi, fövqəladə hallar zamanı , əhalinin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi haqqında söhbətlər aparıldı.

Sinif rəhbərləri Əfəndiyeva Lamiyə və  Karataşova Nadejda maarifləndirmə çərçivəsində fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə, dəm qazından zəhərlənmənin profilaktikası, ilkin tibbi yardım,”112” zəng xidmətindən istifadə mövzularında ətraflı məlumatlar şagirdlərin nəzərinə çatdırılır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi