21 fevral - Beynəlxalq Ana Dili Günüdür

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib

 .Hər bir xalqı, milləti başqalarından fərqləndirən mühüm amillərdən biri və ən başlıcası onun dilidir. Azərbaycan dili də özünə məxsusluğu, gözəlliyi, dolğunluğu, mükəmməlliyi və şirinliyi ilə başqa dillərdən seçilir.

  Bununla bağlı məktəbimizdə "21 Fevral Beynəlxalq Ana dili" günü münasibəti ilə 2-4-cü və 7-8-ci siniflərdə "Dilimiz milli – mənəvi sərvətimizdir" başlığı altında ədəbi tədbir keçirilmişdir. Tədbirdə şagirdlər ana dilimiz, onun mənşəyi, yaranma tarixi haqqında ətraflı məlumat vermiş., şeirlər səsləndirmiş, mahnılar oxumuşdur.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi