Paytaxtda V-IX siniflər üzrə əyani dərslər bərpa olundu

Fevralın 15-dən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin V-IX siniflərində əyani tədrisə start verilib.

Fevralın 15-də BŞTİ-nin müdiri Mehriban Vəliyeva və idarənin əməkdaşları 46 nömrəli tam orta məktəbdə əyani tədris  prosesinin  təşkili vəziyyəti ilə tanış olmuş,  tədris prosesinin gedişini izləmişdir.

Görüşdə medya nümayəndələri də iştirak etmişdir. 46 nömrəli tam orta məktəbin I – IV siniflərində 416, V – IX siniflərində 457 şagird, məktəbəhazırlıq qruplarına isə 87 uşaq əyani tədrisə cəlb olunmuşdur. Əyani tədris zamanı məktəbin şagird sayı çox olan sinifləri  isə qruplara bölünmüşdür.

Məktəbimizdə koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn bütün qaydalara ciddi əməl olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi