Vətən müharibəsi iştirakçıları ilə görüş

Vətən müharibəsi iştirakçıları ilə görüş. 
  Vətən müharibəsində iştirak edən məktəbin məzunları Abbasov Musa, Tağızadə Tural və Atayev Aman ilə onlayn görüş keçirildi. Məktəbin Gənclərin Çağırışaqədərki Hərbi hazırlığı üzrə rəhbəri Vaqif Abbasov tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından söz açaraq ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, İkinci Qarabağ döyüşlərində əsgərlərimizin göstərdiyi sücaətdən də bəhs etdi. Şagirdlərimiz onları maraqlandıran suallarla əgərlərə müraciətlər etdilər. 
 Görüşdə iştirak edən müharibə iştirakçıları Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun həyata keçirdiyi hərbi əməliyyatlara qatılaraq doğma yurd yerlərimizin düşməndən azad edilməsində iştirak etdiklərinə görə şərəf və fəxr hissi keçirdiklərini bildirdilər. 
 Şanlı ordumuzun sıralarına tarixi zəfərimizin qazanılmasına töhfələrini verən məzunlarımıza Vaqif Abbasov öz və məktəb kollektivi adından dərin təşəkkürünü və xoş arzularını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi