İstiqlala gedən yol

20 Yanvar tariximizin qanla yazılmış şərəfli qəhrəmanlıq səhifəsidir. 20 Yanvar hadisələrinin 31-ci il dönümünün yad edilməsi üçün 5B sinfinin şagirdləri ilə tarix müəllimi Ağayeva Sevinc Azərbaycan İstiqlal muzeyində “İstiqlala gedən yol” mövzusundakı onlayn-açıq dərsə qatıldılar. Orada şagirdlərimiz 20 Yanvar hadisələri ilə bağlı öz çıxışlarını etdilər, şeirlər səsləndirdilər, muzeydə olan eksponatlarla, 20 Yanvar şəhidlərinə məxsus olan əşyalarla, həmçinin məktəbimizə adı verilmiş Ağabəy Novruzbəyliyə aid əşyalarla, onun son məktubu ilə tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi