20 Yanvar xalqımızın qəhrəmanlıq səhifəsidir.

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 31 il keçir. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. 
  Şagirdlərimiz 20 Yanvar faciəsinə həsr olunmuş təqdimatlar, videoçarxlar hazırlamış, 2-9-cu siniflər arasında “20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir. Şagirdlərimiz öz çıxışlarında yanvarın 20-i saat 00:00-da fövqəladə vəziyyət tətbiq edilməsi üzrə imzalanmış fərman səhər saat 05:30-da radio ilə elan olunmasından, həmin vaxtadək 100-dən çox dinc sakinin qətlə yetirilməsindən, 1990-cı ilin yanvarında Sovet qoşunlarının Bakıda həyata keçirdikləri qırğınlarda 131 nəfər öldürülməsindən, 600-dən çox adam yaralanmasından, öldürülənlər arasında 5 millətin nümayəndələri, 20-dən çox qadın, uşaq olduğu haqda məlumat verərək bildirdilər ki, baş verən faciə xalqımızın iradəsini qıra bilmədi. 
   Xalqımız 2-ci Qarabağ müharibəsində olduğu kimi o zamanda yumruq kimi birləşərək tarixə qəhrəmanlıq salnaməsi yazdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi