12 dekabr Ümummilli lider Heydər Əliyevin anım günüdür

Bu gün ulu öndər Heydər ƏIirza oğlu Əliyevin anım günüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib.

Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Heydər Əliyev böyük tarixi şəxsiyyət, müstəqil Azərbaycanın qurucusu, onun banisidir. Məhz Heydər Əliyevin müdrikliyi, siyasəti nəticəsində Azərbaycan sözün əsl mənasında müstəqil dövlətə çevrilmişdir.

Məhz bu münasibətlə də məktəbimizin bütün siniflərində ulu öndər Heydər Əliyevin anım günü münasibəti ilə tədbirlər keçirilmiş, təqdimatlar, referatlar, videoçarxlar hazırlanmışdır. Şagirdlər öz təqdimatlarında ulu öndər Heydər Əliyevin öz müdrikliyi, cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanmasından, ən ağır məqamlarda Azərbaycan xalqının yanında olmasından ətraflı bəhs etdilər. Daha sonra Heydər Əliyevin müstəqilliyimizi, xalqımızın, dövlətimizin maraqlarını qoruyacağından və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərarı verəcəyindən danışdılar. Sonda şagirdlərimiz qeyd etdi ki, bu gün biz fəxr edirik ki, Heydər Əliyev siyasətini uğurla həyata keçirən, tarix yazan prezident İlham Əliyev kimi dövlət başçımız var.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi