1 dəqiqəlik sükutla Anım günü

Bu gün Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr edilmiş xüsusi anım günüdür.

Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi saat 12:00 da

46 nömrəli məktəbin şagird və müəllim kollektivi tərəfindən Virtual Məktəb platformasında tədris prosesində olan bütün siniflərdə 1 dəqiqəlik sükutla yad edilib.

Bu anım mərasiminə məktəbin yəhudi bölməsinin kollektivi də qoşulmuşdu.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür. Hazırda 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin və yaralı hərbçilərimizə şəfa versin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi