Açıq qapı günləri

  Açıq qapı günlərinin təşkil olunmasında məqsəd müəllim-valideyn əməkdaşlığı vasitəsi ilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını genişləndirməkdən ibarətdir. Bu səbəbdən məktəbimizdə qrafik üzrə açıq qapı günü keçirilir.

  Bu görüş zamanı valideynlərə məktəbin məlum səbəbdən məsafədən (distant) fəaliyyəti və tədris prosesi zamanı yaranan problemlərdən və onların aradan qaldırılması haqqında ətraflı məlumat verildi. Valideynlərin tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi, eləcə də məktəb mühitinə göstərə biləcəkləri töhfələr ilə bağlı rəyləri, təklifləri dinlənildi və səmərəli fikir mübadiləsi aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi