1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə günüdür

1988-ci ildə əhalinin immun çatışmazlığı ilə əlaqədar keçirilmiş dünya ölkələrinin Səhiyyə nazirlərinin sammitindən sonra Ümumdünya Səhiyyə Təşkilati (ÜST) BMT-nin dəstəyi ilə hər il dekabrın 1-ni Ümumdünya QİÇS-lə Mübarizə Günü elan etdi. Bu gün dünyanın hər yerində əhalinin diqqəti bu problemə yönəldilir, insanlar maariifləndirilir.

46 nömrəli məktəbin şagirdləri bu maarifləndirici tədbirə xüsusi fəallıqla qoşulurlar. Şagirdlərimiz rəsmlər çəkir, referatlar hazırlayırlar. Onlar öz təqdimatlarında bildirirlər ki, Qazanılmış İmmun Çatışmazlığı Sindromu olan xəstəlik insanların HİV virusuna yoluxması ilə başlayır. Nəticədə insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulur. Azərbaycanda isə virusun daşıyıcısı ilk dəfə 1987-ci ildə aşkarlanıb. Hazırda Azərbaycanda virus yayılma sürətinə görə digər ölkələrlə müqayisədə aşağı səviyyədə olsa da, təhlükə davam edir. Azərbaycanda da bu problem aktual olaraq, daim Səhiyyə Nazirliyinin nəzarətindədir. QİÇS yoluxucu və vahimə yaradan xəstəlik olduğundan, hər kəs sağlam həyatının təminatçısı olmalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi