Uşaq Hüquqları aylığı çərçivəsində onlayn tədbir keçirildi

“20 oktyabr-20 noyabr Uşaq Hüquqları aylığı” çərçivəsində 5B sinfində “Virtual Məktəb” platformasında Zalova Nəzirə, Ağayeva Sevinc və Cumayeva Leyla müəllim tərəfindən tədbir keçirilmişdir. Tədbirdə şagirdlərin hüquq və vəzifələri ilə bağlı müddəalar müəllimlər tərəfindən açıqlandı. Şagirdlər 2-ci Qarabağ müharibəsi zamanı Gəncədə, Bərdədə və digər rayonlarda erməni terroruna qurban getmiş, yaşamaq hüququ pozulmuş şagirdlərimizə həsr etdikləri rəsm və referatları nümayiş etdirmiş, tədbiri uşaq hüquqlarına həsr edilmiş mahnı ilə bitirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi