9 noyabr Bayraq Günü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Məhz bu sərəncama uyğun olaraq noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı günü kimi təntənə ilə qeyd olunur. Bu xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən əlamətdar və unudulmaz hadisələrindəndir.

Hər il olduğu kimi bu il də 46 nömrəli məktəbdə Dövlət Bayrağı günü qeyd edilir, mövcud vəziyyətə uyğun olaraq onlayn tədbirlər təşkil edilir. Belə tədbirdə iştirak edən şagirdlər bayraq haqqındakı fikirlərini belə bildirdilər:

Aylı-ulduzlu üçrəngli bayrağıma baxıram – alnım açılır, qəlbim gülür, sinəm dağa dönür. Başımın üstündə bayrağım dalğalanırsa, mən vüqarlıyam, ucadan ucayam, xalqım azaddır, müstəqil ölkəm, suveren dövlətim var. Bayraq mənim qələbə sevincimdir – Vətənimin zəfər günündə göylərə yüksəldilir.

Şagirdlər bir daha bu günlərdə, 28 ildən sonra Azərbaycan bayrağının Xudafərin, Füzuli, Zəngilan, Qubadlı rayonlarında dalğalandığını iftixar hissi ilə qeyd etdilər. Onlar öz sözlərini Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə bitirdilər:

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

Eşq olsun Azərbaycan ordusuna!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi