Yaşasın, Şanlı Azərbaycan

Tarixi İpək yolunun üzərində yerləşən unikal memarlıq abidəsi Xudafərin körpüsü, Fəzl İbn Məhəmmədin sifarişi ilə 1027- ci ildə Azərbaycan memarlığı üslubunda inşa edilib. Uzunluğu 200 m, eni 4,5 m (15 aşırımlı) olan bu körpüAzərbaycanı və İranı birləşdirən, Cəbrayıl rayonu ilə İranın Xudafərin şəhristanı arasında yerləşən, Araz çayı üzərində salınmış körpüdür.

       Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilmişdir. Bir qədər aralı uzunluğu 130 m (11 aşırımlı), eni 6 m. olan  daha bir körpü inşa edilib. Bu körpü də Xudafərin adlanır. İkinci körpü XIII əsrdə, Elxanilər dövründə inşa edilmişdir. Hazırda həmin körpünün yalnız 3 aşırımı salamatdır. XX yüzilin 30 – cu illərndə Şimali və Cənubi Azərbaycan arasında əlaqələri kəsmək üçün İran və SSSR-nin birgə qərarı ilə dağıdılmışdır. Həmin vaxtdan da yerli əhali körpüyə ikinci -Sınıq körpü adını da vermişdi. Hər iki körpü İpək yolunun üzərində yerləşir. 1993-cü ildə Cəbrayıl rayonu Erməni quldurları tərəfindən işğal edildikdən sonra    Xudafərin körpüləri dağıntılara məruz qalmışdır. Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün yerləşdiyi Cəbrayıl rayonunu 4 oktyabr 2020-ci ildə erməni işğalından azad edib.

       Körpünün özü isə 18 oktyabr 2020-ci ildə erməni işğalından azad olunmuş və üzərində Azərbaycan Respublikasının bayrağı dalğalandırılmışdır

  Tərtər rayonunun Madagiz kəndi 3 oktyabr 2020-ci il tarixində Silahlı Qüvvələrimiz tərəfindən ikinci dəfə işğaldan azad edilmiş və tarixi adı - Suqovuşan bərpa edilmişdir.

Suqovuşan ilk dəfə 1992-ci ilin yayında Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. 1994-cü ilin aprel ayında Manvel Qriqoryanın başçılığı altında Erməni quldurları tərəfindən yenidən Suqovuşanı işğal edilmişdir. Suqovuşan su anbarı Tərtər rayonu Suqovuşan kəndi ərazisində Tərtərçay çayı üzərində yerləşir. Ümumi həcmi 5,86 milyon kubmetr olan su anbarı 28 il ərzində işğal altında olub. Kənd ərazisində Tərətər, Goranboy və Yevlax rayonlarının su təminatı üçün Suqovuşan su anbarı və Madagiz-1 su elektrik stansiyası yerləşir. Kənddə 2014-cü ildə balıqartırma zavodu tikilib. 2022-2023-cü illərdə Suqovuşandan başqa ölkələrə balıq və qara kürü ixracı  planlaşdırılır.

 

     Füzuli bölgəsi inzibati ərazi vahidi kimi 1827-ci il sentyabrın 10-da yaradılmış və ilkin adı Qarabulaq olmuşdur. Rayon kimi 8 avqust 1930-cu ildə təşkil olunmuş və Karyagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Karyagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhədd olan Füzuli rayonunun ərazinin bir hissəsi 1993-cü ildə Erməni qəsbkarları tərəfindən işğal edilib.

    Ərazisi: 1386 km²

   Əhalisi: 144 min nəfərdir.

   1 şəhəri,1 şəhər tipli  qəsəbəsi 

   75 kəndi vardır.

 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində rayonun kəndləri, 17 oktyabr 2020-ci ildə isə Füzuli şəhəri işğaldan azad olunmuşdur

        Araz çayının sol sahilində yerləşən, Qərbdə və şimal-qərbdə Ermənistanla, cənubda və cənub-şərqdə İranla həmsərhəd olan Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə Erməni quldurları tərəfindən işğal olunmuşdur.

      XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası 636-cı ildə qoyulub. Zəngilan şəhərinin əsl adı Pircavan yaxud da Pirçivan olmuşdur. Zəngilan isə həmin şəhərin və ətraf kəndlərin yerləşdiyi tarixi mahalın adı idi. İlk adı Pircavan оlan bu şəhər yalnız 1957-ci ildən Zəngilan adlandırılmışdır və 1967-ci ildə şəhər statusu verildi. Bir şəhər, 5 qəsəbə və 79 kənd olmuşdur. Ərazisi – 707 km²-dir.

          20 oktyabr 2020-ci ildə Zəngilan şəhəri və altı kəndi müzəffər ordumuz tərəfindən işğaldan azad edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi