Əsgərə məktub

27 sentyabr 2020-ci il tarixində Azərbaycan Müdafiə Nazirliyi bildirdi ki, cəbhə boyu şiddətli döyüşlər gedir. Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar. Raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər. Bu xəbəri Müdafiə Nazirliyindən 27 ildiki gözləyirdik. Bu xəbər çıxar-çıxmaz minlərlə oğullarımız könüllü cəbhəyə yazıldı. Döyüşçülərimizin qoruyucu mələkləri həkimlər də könüllü olaraq cəbhəyə yollandılar. Məktəbimizin şagirdləri də bu həssas dönəmlərdə cəbhədə vuruşan hərbiçilərimizi yalnız buraxmaq istəməyərək, öz kiçik hədiyyələri və məktubları ilə onların mənəvi olaraq yanlarında olduqlarını hiss elətdirməyə çalışdılar. Bu günlər ərzində biz heç vaxt görmədiyimiz birliyi gördük. Allah bütün hərbiçilərimizi  sağ-salamat bizə bağışlasın! 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi