Pedoqoji şura

14 sentyabr tarixində Zoom proqramı vasitəsi ilə məktəb kollektivinin növbəti pedoqoji şurası keçirilmişdir. Şurada bir sıra məktəb daxili problemlərlə yanaşı pandemiya şəraitinin yaratdığı məsələlər, şagirdlərin məktəbdaxilində davranışlarının tənzimlənməsi, ara məsafələrinin qorunmasının, məktəbdə quraşdırılan gigiyenik vasitələrdən istifadənin öyrədilməsnin vacibliyi və digər xüsusi hal qaydaları da müzakirə olundu. Həmçinin 2 alan şagirdlərin sinifdən sinfə keçirilməsi, 9-cu sinif şagirdlərinin 10-cu sinfə keçirilməsi, məktəbin fəaliyyət planı, tədris planı, dərs yükü, sinif rəhbərlərinin təyin edilməsi və vəzifə bölgüləri, metod birləşmələrin təyini kimi məsələlərin müzakirəsinə yer ayrılıb. Distant və əyani təhsiliin ciddi rejimdə yoxlanılacağının vurğulanması, 1-cilərin qəbulu, onların məktəb qaydaları, pandemiya şəraitinin qaydaları ilə ciddi tanış olmasının vacibliyinin nəzərə alınması, 3 martdan dərs prosesinin dayandırılmasından sonra şagirdlərdə yaranan gerilik və ləngimələr olduğu halda şagirdlərə dəsttək göstərilməsi və onunla əlaqədar diaqnostik qiymətləndirmənin aparılması, 2020-2021-ci tədris ilində ilk dərslərin ibtidai siniflərdə "Gigiyena qaydalarına necə əməl edirəm", 5-9-cu siniflərdə "Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir", 10-11-ci siniflərdə "Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir" mövzusuna həsr olunması tapşırıldı. Sonda isə mövcud şəraitlə əlaqədar olaraq məktəbin pedoqoji və texniki işçilərinin iş rejimlərinin bölüşdürülməsi məsələsinə və 14 sentyabr tarixində məktəbə göndərilən 312 və 332 nömrəli qərarların icrası məsələlərinə baxılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi