İlk dərs günü

Bu gün 2020-2021-ci tədris ilinin ilk günüdür. Bu il birinci sinfə 111 şagird qəbul olunub ki, onlardan 72-i rus bölməsinə, 39-u isə Azərbaycan bölməsinə yerləşdirilib. Məktəbimizdə ümumi 1248 şagird təhsil alacaq ki, onlardan 100 nəfəri məktəbə hazırlıq qrupunun şagirdidir. Məktəbimizdə tədris pandemiya şəraitinə uyğun olaraq  həm ənənəvi, həm də distant olmaqla tədris olunmağa başlayıb. Şagirdlər həftənin yalnız 2 günü ənənəvi qaydada dərsə gedəcək, qalan günlər isə onlayn şəkildə dərslərə qoşulacaqlar. Həmçinin siniflər növbəli şəkildə iki qrupa bölünüb.  Məktəbimizdə dezinfeksiya aparatları quraşdırılıb, ara məsafəsi saxlanır və məktəbə daxil olan şagirdlərin hərarəti ölçülür. Müdiriyyət və kollektivimiz adından şagirdlərimizə uğurlar arzulayır, nəaliyyətlərinin bol olmasını diləyirik. Bir daha bütün ümumtəhsil müəssisələrində təhsil alan şagirdləri təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi