"Microsoft Teams" platformasında məktəbdaxili qiymətləndirmə

     25-31 avqust 2020-ci il tarixində hər hansı fənn üzrə illik qiymətləri ilə razılaşmayan və digər səbəbdən biliyi qiymətləndirilməyən V-VIII və X sinif şagirdlərlərin müvafiq təlimata uyğun qəbul edilmiş ərizələrinə əsasən onlayn qiymətləndirilməyə start verildi.

Qiymətləndirmə şagirdlərə ayrılmış vaxtda "Microsoft Teams" platforması üzərindən 14 qrupda 110 nəfər olmaqla, hər birinin şəxsi səhifəsində yerləşdirilən keçid (link) vasitəsi ilə onlayn formada BŞTİ-nin 21.08.2020-ci il tarixli 2458-01/06 nömrəli əmrinə uyğun şəkildə təşkil olundu.

Ayrı-ayrı qruplarda keçirilən qiymətləndirmədə məktəbin direktoru Sevinc Budaqova və təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə İsmayılova iştirak etdilər.

     Məktəbdaxili qiymətləndirmə davam edir. Bütün iştirakçılara uğurlar diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi