“Tarix və coğrafiya həftəliyi”

         Məktəbdaxili fəaliyyət planına əsasən 24-28 fevral tarixində məktəbdə “Tarix və coğrafiya həftəliyi” elan olunmuşdu. Həftə ərzində müxtəlif mövzularda “Açıq dərslər” təşkil olunmuş, “Dəyirmi masa” keçirilmişdi. Şagirdlər referat, esse, təqdimatlar hazırlamışdı. Tarix və coğrafiya müəllimləri Esmira Zaynutdinova “Xocalı haqqında”, Rəqsanə Mirişova  “Ekologiya”, Zöhrə Qasımova “Coğrafi təbəqə”  İradə Qəhrəmanova “Tolerantlığın mərkəzi Azərbaycan” mövzusunda “Açıq dərs” lər yüksək səviyyədə keçirilmiş və müzakirə olunmuşdur. Sevinc Ağayevanın hazırladığı “Azərbaycanın maarifçilik tarixi” mövzusunda “Dəyirmi masa”da məktəbin direktoru Sevinc Budaqova, təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə İsmayılova, müəllimlər, şagirdlər və valideynlər iştirak etmiş, böyük maraqlarına səbəb olmuşdur. Həftə ərzində muzeylərə, tarixi məkanlara, ekskursiyalar təşkil olunmuşdur.

        Məktəbin foyesində Azərbaycanın tarixinə və coğrafiyasına həsr olunmuş “Zəngin Azərbaycan” adlı sərgi təşkil olunmuşdu. Şərgidə qədimi sənətçiliq və məişət əşyaları sərgilənmişdi. Burada misgərlik, dulusçuluq, xalaçaçılıq nümunələri və şagirdlərin müxtəlif mövzularda hazırlanmış referatlar yer almışdır. Fəal şagirdlər rəğbətləndirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi