"1 Mart - Ümumdünya Mülki Müdafiə Günü" qeyd olunub

    "Ümumdünya Mülki Müdafiə Günü" - 1 mart 1972-ci ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi bir gündür. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur. Mülki Müdafiə Günü hər il bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir.

    Bununla əlaqədar olaraq, fevralın 28-də məktəbdə Mülkü Müdafiə günü, məktəb kollektivinin təlimatlandırlıması üçün tədbir keçirilmişdir. Tədbirdə məktəbin hərbi rəhbəri Vaqif Abbasov öz çıxışında dövlətin Mülkü Müdafiə planının hazırlanması və həyata keçirməsi, əhalinin və ərazilərinin kütləvi qırğın silahlardan mühafizə edilməsi, fövqəladə hallar baş verdiyi zonalarda radiasiya, kimyəvi və bakterioloji kəşfiyyət aparılması, əhaliyə fövqəladə hallar qorunma qaydaları və üsullarının öyrədilməsi kimi işlərin məhz Mülkü Müdafiə qoşunlarının yerinə yetirdiyi vurğulandı. Fövqəladə hadisə baş verən zaman müəllim və şagirdlərin təxliyə olunması qaydası bir daha izah olundu. Şagirdlərin fərdi mühafizə vasitələrindən istifadə qaydaları öyrədilib və məşq etdirilmişdir. Təbii fəlakətlər zamanı insanların davranış qaydaları və dövlət orqanlarının verdiyi göstərişləri yerinə yetirmək qaydaları haqqında məlumat verilmişdir. Mövzu ilə bağlı videofilm nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi