Xocalı faciəsinə həsr olunmuş tədbir keçirildi

Fevralın 26-da Xocalı faciəsi ilə əlaqədar olaraq məktəbin Yəhudi mənşəli siniflərdə anım mərasimi keçirilib.
Xocalı faciəsi tarixə qara bir səhifə kimi düşüb. Bu faciə təkcə Azərbaycan xalqına qarşı törədilən vəhşilik deyil, bütün insanlığa qarşı törədilən bir cinayətdir.
Tədbirdə “Vaad L’Hatzolas Nidchei Yisroel” Yəhudi Humanitar təşkilatının Azərbaycan Respublikasındaki Nümayəndəliyinin direktoru Şmuel Simantov və həmin təşkilatının sədr müavini rav Zamir İsayev çıxış etdilər. Onlar çıxışlarında qeyd etdilər ki, bu ağrı təkcə Azərbaycan xalqının deyil, eyni zamanda Yəhudi xalqının da ağrısıdır. Çünki Yəhudi xalqı da Azərbaycan xalqı kimi, zaman-zaman milli təzyiqlərə məruz qalıb.
Tədbirdə şagirdlər Xocalı faciəsinə həsr edilmiş şeirlər söylədilər.Tədbirin sonunda Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.