“Tarix heç nəyi unutmur” mövzusunda “Açıq dərs”

     Fevralın 26-da məktəbin 6 “C” sinfində “Tarix heç nəyi unutmur” mövzusunda “Açıq dərs” keçirilib. Dərsə başlamazdan öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Dərs zamanı tarix müəllimi Esmira Zaynutdinova zaman-zaman Azərbaycan xalqının başına gətirilən zülümlərdən, bəlalardan danışdı. Azərbaycan xalqı nə qədər əzab-əziyyət çəksə də zülmə qatlaşsa da Xocalı soyqırımı kimi müsibət görməmişdi. Xocalı soyqırımı dünyada baş vermiş soyqırımlar içərisində ən dəhşətlisidir desək yanılmarıq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Bunun nəticədə fevralın 26-ı səhər saat 5 radələrində Xocalı şəhəri tam mühasirəyə alındı. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gələrək qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralananlardan - 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dərs zamanı Xocalıya həsr olunan slaydlar göstərildi. Həmin günün dəhşətləri bir daha yad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi