İlk dərs saatları Xocalı soyqırımına həsr olundu

     Ölkəmizin müstəqilliyi uğurunda canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma vətənə sevgi, məhəbbət hissini aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədilə fevral ayının 26-da ilk dərslər Xocalı soyqırımının iyirimi yeddinci ildönümünə həsr edildi. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Məktəbin müəllimləri Xocalının tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətlərindən söhbət açıblar. Eyni zamanda, faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikasından, soyqırımı törədənlərin vəhşi və qeyri-insani xislətindən bəhs ediblər. Bildirilib ki, Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və bu hadisə yaddaşlarımızdan heç vaxt silinməyəcək. Şagirdlər Xocalı soyqırımına aid şeirlər səsləndiririb, hazırladıqları təqdimatları oxudular.

      Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü ilə əlaqədar olaraq məktəbin rəhbərliyi, müəllim və valideyn kollektivini “Ana fəryadı” abidəsini ziyarəti etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi