Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirildi

     Xalqımızın qan yaddaşı-Xocalı faciəsinin 28 ildönümü ilə əlaqədar olaraq fevralın 25-də məktəbin akt zalında “Xocalı faciəsini unutmayaq” adlı tədbir keçirildi.

     Tədbirdə məktəbimizin direktoru Sevinc Budaqova, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Gülnarə İsmayılova, Lalə Ələkbərova, şagirdlər, valideynlər müəllimlər və məktəbdə təcrübə keçən tələbələr də iştirak etdilər.

     Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı və şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Tədbirdə iştirak edən şagirdlər əsrin soyqırımı kimi qiymətləndirilən Xocalı faciəsini əks etdirən şeir nümunələri və səhnəciklərlə çıxış etdilər. Bu qanlı hadisənin tarixçəsi ilə bağlı video-süjetlər nümayiş olundu. 

     Tədbirin sonunda məktəbin direktoru Sevinc Budaqova çıxış edərkən tariximizin qanlı səhifələrini unutmamağı, Vətən sevgisinin dilimizə, tariximizə, mədəniyyətimizə sevgidən qaynaqladığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi