Maarifləndirici görüş

    Fevralın 24-də məktəbin konfrans zalında məktəbəhazırlıq şagirdlərin valideynləri ilə maarifləndirici görüş keçirildi.

    Görüşdə məktəbin direktoru Sevinc Budaqova və təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə Ələkbərova iştirak etdilər.

    Görüşdə bildirildi ki, 24 fevral 2020-ci il tarixindən etibarən tədrisi digər dillərdə aparılan bölmələr (rus bölməsi) üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqların şifahi nitq bacarıqlarınının qiymətləndirilməsi məqsədi ilə mərkəzləşdirilmiş qaydada müsahibələr təşkil ediləcək.

    Müsahibələr Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müəyyən etdiyi müsahibə komissiyalarının üzvləri tərəfindən hər bir inzibati rayon üzrə bir mərkəz məktəbdə təşkil olunacaq.

    Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədi ilə təşkil olunmuş müsahibələrdə uğur qazanmış uşaqlar 2020-2021-ci tədris ilində həmin bölmə üzrə I siniflərdə təhsilini davam etdirmək imkanı əldə edəcək. Sözügedən müsahibələrdən uğur qazanmayan uşaqlar isə növbəti tədris ilində Azərbaycan bölməsi üzrə təhsilini davam etdirə biləcəklər.

    Görüşün sonunda valideynləri marağlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi