"18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər günüdür"- bu münasibətlə ekskursiyalar təşkil olundu

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər günüdür. Bu münasibətilə Nəriman Nərimanovun xatirə muzeyində tədbir keçirilmişdir. Məktəbimizin 6a sinif şagirdləri sinif rəhbəriAzərbaycan dili ve Ədəbiyyat müəllimi Iradə Ağayeva və məktəb valideyn komitəsinin icma sədri Abbasova.Fəridə və valideyn Hüseynzadə Mehparə ilə birlikdə tədbirdə iştirak etdiler. Şagirdlər cox maraqlı mövzuda tədbir-debatın iştirakçısı oldular. Azərbaycanın bütün bölgələrində, o cümlədən, şəhərimizin maraqlı, qədim abidələri haqqında həm muzeyin elmi işçisi Rəna Qəhrəmanovadan həm də müəllimləri Iradə Ağayevadan ətraflı, məzmunlu məlumat aldılar. Qədim Şuşa, gğzəl Qarabağımızda olan Tarixi Yerlər və Abidələr xüsusilə vurğulandı. Tədbirin sonunda məktəbimizin şagirdlərinin-Abbasov Həsən, Abbasova Elmira, Qasimov Nihad, Huseynzadə Fuad ve Allahverdiyeva Nübarın ifasında Vətənə, Qarabağa aid şeirlər səsləndi. Tədbir iştirakçıları dünən və bu gün abidərlərimizi, milli sərvətlərimizi qoruyan görkəmli şəxsiyyətlərə Ulu öndər Heydər Əliyevə, Cənab Prezident Ilham Əliyevə və bu gün milli sərvətlərimizi dünyada şöhrətləndirən Birinci Xanımımız Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini səsləndirdilər. Tədbirdən sonra şagirdlər şəhərimizdə olan abidələrlə yaxından taniş oldular. Sonda muzeyin direktoru Kamile Huseynova şərait yaratdığı üçün məktəb rəhbərliyinə, məktəbimizin şagirdlərinə və onların müəlliminə tədbirlərdə fəal iştirak etdiklərinə görə öz təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi