Növbəti Pedaqoji Şura keçirildi

    Yanvarın 31-də məktəbin akt zalında növbəti  Pedaqoji Şura keçirildi. Pedaqoji Şurada gündəlikdə duran aşağıdakı məsələlər müzakirə olundu. İclasda I yarımilin nəticələri və II yarımildə qarşıda duran vəzifələr, şagirdlərin attestasiyasının (qiymətləndirilmə) bal və qiymət aparılması ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının Qərarı, I yarımildə zəif nəticə göstərən şagirdlərlə əsaslı işin qurulması, IV, IX və XI siniflərdə bütün fənlərdən və V-VIII və X siniflərdə Ana dili, riyaziyyat və xarici dil, Azərbaycan tarixi, VIII siniflərdə kimya, X siniflərdə fizika fənlərindən BSQ-nin suallarında qoyulmuş tapşırıqların səviyyələri və nəticələrə, “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyə olunma sisteminin daha da təkmilləşdirilməsi” ilə bağlı tədbirlər haqqında Təhsil Nazirliyinin Fəaliyyət Planında irəli gələn vəzifələr, IX və XI sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlıq səviyyəsi, Noyabr ayında keçirilmiş rayon (şəhər) fənn olimpiadasının nəticələri, V, VI, VIII və IX siniflərdə xarici dilin tədris vəziyyəti və cari məsələlər müzakirə edildi.

     Pedaqoji Şurada məktəbin direktoru Sevinc Budaqova, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Gülnarə İsmayılova, Lalə Ələkbərova, Uşaq Birliyin rəhbəri Süsən Məmmədova, fənn metodbirləşmə rəhbərləri və fənn müəllimləri çıxış etdi.

     Pedaqoji Şurada Təhsil Nazirliyinin və BŞTİ-nin göndərdiyi müvafiq sənədlər haqqında şura üzvləri məlumatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi