“20 Yanvar hadisələri uşaqların gözü ilə” rəsm sərgisi
Yanvarın 17-də məktəbin illik fəaliyyət planına əsasən 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunmuş rəsm sərgisi keçirildi. 20 Yanvar hadisələri uşaqların gözü ilə onların çəkdiyi rəsm əsərlərində nümayiş olundu. Şagirdlər xalqımızın yaşadığı o zəfər gününü, azadlıq mübarizəsini, istiqlal mücahidlərinin qəhrəmanlıqlarını böyük ustalıqla çəkdikləri rəsmlərdə təsvir edərək onları şəhidlərin xatirəsinə həsr etdilər. Vətənin müstəqilliyi uğrunda canlarından keçən insanların xatirəsinə həsr olunaraq keçirilən bu ənənəvi sərgidə ibtidai və yuxarı sinif şagirdlərinin rəsmləri, plakatları yer almışdı.