20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunmuş “dəyirmi masa”

Yanvarın 15-də “20 Yanvar faciəsi”nin  30-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində məktəbin Tarix müəllimi Fatimat Əliyevanın təşkilatçılığı ilə 7 “A”, 8 "A" sinif şagirdləri iştirakı ilə konfrans zalında “dəyirmi masa” keçirilib.

      Tədbirin  keçiriliməsində məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliğidir.

      Tədbir şəhidlərimizin əziz xatirəsinin bir  dəqiqəlik sükutla yad edilməsiylə başlayıb. Fatimat xanım qeyd edib ki, tarixdə bənzəri olmayan bu cür qəddarlıq və vəhşilik XX  əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş, əliyalın, dinc, mülki əhali  kütləvi qətliama məruz qalmışdır. Bu faciəyə ilk hüquqi qiyməti Ulu öndər Heydər Əliyev vermiş, 20  Yanvar hadisələri haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq  ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür.

     Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, vətənpərvərlik ruhunda şeirlər söylənilib, referatlar oxununub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi