"Vergi-dövlət təməli"dir adlı tədbir keçirildi.

Aprelin 11-də məktəbimizdə 1B sinfinin hazırladığı "Vergi-dövlət təməli" adlı tədbir keçirildi. Balacaların bu sevinc və əyləncə dolu tədbirində iştirak etmək istəyən hər bir kəs bura toplaşmışdı. Xüsusilə böyük fərəh bəslədikləri övladlarının əziz bayramını seyr etmək üçün valideynlər də yığışmışdılar. Şagirdlər öz sevimli müəllimləri Sevinc Babayevanın rəhbərliyi ilə bu gözəl tədbirdə yüksək səviyyədə hazırlaşmışdılar. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra söz birincilərə verildi. Onlar vətən, ana, müəllim və başqa mövzularda bir-birini ardınca çıxışlar etdilər. Şagirdlərin hazırladıqları mahnı və rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Balacaların nağıllar əsasında hazırladıqları səhnəciklər də maraqla izlənildi. Balacaları və onların valideynlərini direktorumuz Sevinc Budaqova da təbrik etdi. Balacaların sevincinə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin nümayəndəsi Nəbi Xəlilov, Nəsimi Rayon İcra Hakimiyyətini nümayəndəsi Vəfa İsmayılova da qoşulmuşdular. Sonda balacalar məktəb rəhbərliyi tərəfindən diplomlarla təltif olundular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi