Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olundu

      Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən dekabrın 27-də məktəbin akt zalında məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Cəfərovanın təşkilatçılığı ilə Azərbaycan ictimai fikrinin görkəmli nümayəndələrindən biri, tanınmış publisist və tənqidçi, hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun (1869-1939) anadan olmasının 150 illiyinə həsr edilmiş tədbiri keçirildi. Tədbirdə məktəbin rəhbərliyi, fənn müəllimləri və şagirdlər iştirak etmişlər.

     Sonra şagirdlər görkəmli publisist, ictimai xadim Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən ətraflı məlumat verib, qeyd ediblər ki, Azərbaycan müstəqillik qazandıqdan sonra, alimin zəngin elmi irsi tədqiqatçılar tərəfindən yeni aspektdə araşdırılıb, Azərbaycan xalqının maarifləndirilməsində, milli təfəkkürün formalaşmasında göstərdiyi xidmətləri geniş tədqiq olunub. Əhməd bəy Ağaoğlu  XX əsrin əvvəllərində ölkədə baş verən iğtişaşlardan əziyyət çəkən müsəlmanların müdafiəsi üçün “Difai” adlı təşkilat yaratmışdı. Məhz bu təşkilatın fəallaşması qırğının qarşısının alınmasında əsas rol oynamışdı.Əhməd bəy Ağaoğlu təkcə Azərbaycanda deyil, Türkiyədə də ictimai-siyasi fəaliyyətini davam etdirib, islamçılıq ideyalarını təbliğ etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi