“Xanuka” bayramı münasibətilə tədbir keçirildi

Dekabrın 26-da məktəbdə yəhudi millətinin milli bayramı olan “Xanuka” və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirildi. Tədbirdə İsrail dövlətinin Azərbaycandakı səfiri Corc Dik, İsrail dövlətinin baş naziri, idarəsinin Azərbaycandakı nümayəndəsi, birinci dərəcəli konsul, cənab Xaim Fixman Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Bakı şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Arzu Tairquliyeva-Nağıyeva, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli, “Vaad L’Hatzolas Nidchei Yisroel” Yəhudi Humanitar təşkilatının Azərbaycan Respublikasındaki Nümayəndəliyinin direktoru Şmuel Simantov və həmin təşkilatının sədr müavini rav Zamir İsayev, məktəbin direktoru Sevinc xanım Budaqova valideyn və müəllimlərdə iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət himni və İsrail dövlət himni ilə açıq elan olundu. Sonra ravin və yəhudi siniflərin koordinatoru Zamir İsayev “Xanuka” bayramın tarixi  və adət-ənənələrindən ətraflı məlumat verdi.

Yəhudi Humanitar təşkilatının Azərbaycan Respublikasındaki Nümayəndəliyinin direktoru Şmuel Simantov “Xanuka”bayramı və  Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi.

Daha sonra İsrailin Azərbaycandakı səfiri Corc Dik çıxış edərək bildirib ki, yəhudi xalqının qədim bayramı “Xanuka”nın Azərbaycanda yüksək səviyyədə keçirildiyini məmnunluqla qeyd edib. Səfir əlavə edib ki, tədbirin keçirilməsi Azərbaycanın tolerant və multikultural ölkə olduğunu bir daha təsdiqləyir. “Azərbaycana yeni gəlməyimə baxmayaraq, burada müxtəlif dinlərə və mədəniyyətlərə malik insanların azad yaşadığının şahidiyəm. Azərbaycan dövləti tərəfindən tolerant siyasət yürüdülür, ölkədə mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafı üçün əlverişli şərait yaradılır”,- deyə səfir vurğulayıb.

    Ölkələrimiz arasındakı münasibətlərdən bəhs edən səfir fəaliyyəti dövründə Azərbaycan və İsrail arasında əməkdaşlığın inkişafı üçün çalışacağını qeyd edib.

     Sonra  məktəbin direktoru Sevinc Budaqova İsrail hökumətinin xüsusi mükafatı olan “Yerusəlim Sülh şəhəri” adlı medal ilə təltif olundu.

    Tədbir məktəbin yəhudi təmayülünün şagirdlərinin hazırladığı bədii hissə ilə davam etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi