Məktəblilərin yazı işlərindən ibarət kitabın təqdimatı

    Dekabrın 24-də “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən məktəblilərin referat müsabiqəsində seçilmiş yazı  işlərindən ibarət kitabın təqdimat mərasimi keçirildi.

    Mərasimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirinin müavini Ədalət Teymurov, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

    Qeyd edək ki, 2019-cu ilin əvvəlində Təhsil Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda məktəblilərin referat müsabiqəsi keçirilib. Müsabiqədə iştirak etmiş 1 116 şagirdin yazı işindən  60-ı seçilərək hazırlanmış kitaba daxil edilib. Bu topluda elmi rəhbəri olan məktəbin tarix müəllimi Sevinc Ağayeva və məktəbin 8-cinif şagirdi Mədinə Məmmədzadənin də tədqiqat işi yer alıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi