“Multikulturalizm ili” çərçivəsində tədbir keçirilib

Nəsimi rayonu 46 №li tam orta məktəb “Multikulturalizm ili” çərçivəsində Bakının pilot məktəblərində “Biz hamımız insanıq və hamımız eyniyik” mövzusunda interaktiv təlimlərə start verib. Təlimlərin əsas məqsədi Azərbaycanda tolerantlıq və multikulturalizmlə bağlı məktəblilərə məlumat vermək, etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların sülh şəraitində yaşamalarının vacibliyini göstərməkdir. İlk təlim bizim Nəsimi rayonu 46 №li tam orta məktəbdə Azərbaycan, rus və yəhudi dillərində təhsil alan şagirdlər üçün keçirilib. Tədbirdə Təhsil Nazirliyinin İnformasiya şöbəsinin koordinatoru Elçin Sərdarov, UNİCEF-in nümayəndəsi Mr.Nik Nvolisa, BŞTİ-nin müavini Hüseyn Əsgərov, “İpək yolu” gənclər birliyinin nümayəndəsi Aytən Əliyeva, “Multikulturalizm” mərkəzinin Analitika şöbəsinin müdiri Nəriman Qasımzadə, “ABŞ-ın VAAD L” HATZOLAS NİDCHEİ YİSROEL İNC” Yəhudi humanitar təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəsi Zamir İsayev iştirak edirdi. Tədbiri açılış sözü ilə açan məktəbin direktoru Sevinc Budaqova lahiyənin təşkilatçılarına və iştirakçılarına uğurlar arzuladı. Sonra qonaqlardan Hüseyn müəllim, Aytən xanım, Nəriman müəllim, Zamir müəllim də çıxış edərək layihəni dəstəklədiklərini bildirdilər.Yəhudi siniflərindən dörd nəfər şagirdimiz İzmayılova İlona, Nağıyeva Elmira, Yusifova Samira və Fərəcullayev Nicat mövzuya aid təqdimatlar təqdim etdilər. Məktəbin tarix müəllimi İradə Qəhrəmanova şagirdlərin təqdimatları haqqında çıxış etdi. Sonra Elçin Sərdarov lahiyə haqqında qısa məlumat verdi. Nik Nvolisa və Aytən Əliyeva layihə əsasında şagirdlərlə debat apardılar. Debatda şagirdlər çox fəal idilər. Tədbirdə mətbuatdan İctimai televiziyanın, CBC-nin və Təhsil TV-nin çəkiliş qrupu, Bakı Təhsili idarəsinin mətbuat xidmətinin, “Azərbaycan müəllimi” qəzetinin nümayəndəsi iştirak edirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi