"31 Mart" Soyqrımı qurbanlarını anım mərasimi keçirildi

31 mart 2016-cı il tarixində 46 nömrəli tam orta məktəbin Akt zalında "31 Mart Soyqrımı"na həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Dillər Universitetinin 415-ci qrup tələbələri və metodisti Ağayeva Nailə tərəfindən təşkil edilmişdir. Tədbirdə 6-cı və 7-ci sinif şagirdləri iştirak edirdilər. Sinif rəhbərləri Əhmədova Güllü və Atayeva Nigar məşqlərin və tədbirin təşkilində kömək etmişdilər. Tədbirdə soyqrım haqda Azərbaycan və rus dilində informasiya verildi, videoroliklər göstərildi, daha sonra şeirlər səsləndi və səhnəcik nümayiş olundu. Sonda "Çırpınırdı Qara dəniz" mahnısı səsləndirildi. Sonda söz məktəbin direktoru Sevinc xanım Budaqovaya verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi