"Valideynin məktəbdə bir günü" layihəsi

    Valideynlərin övladlarının təhsil aldıqları məktəb ilə yaxından tanışlığının təmin olunması, istər infrastruktur, istərsə də, tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərin əldə edilməsi, valideynlərin bir gün ərzində məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyətin yaradılması və BŞTİ-nin 26 noyabr 2019-cu il tarixli F448 №-li əmrinin icrası məqsədilə dekabrın 13-də “Valideynin məktəbdə bir günü” layihəsi yerinə yetirildi.

     Valideynlər məktəbdə I – XI siniflərdə təşkil edilmiş açıq dərslərdə iştirak etdilər. Dərslərdə iştirak edərək uşaqların təhsili haqqında məlumat alır, bəzi çətinlikləri və gerilikləri aradan qaldırmaq üçün müəllimlərlə məsləhətləşmələr apardılar. Bu yolla valideynlər övladının problemlərindən xəbərdar olur, onların birgə həllinə çalışır. Qarşılıqlı fikir mübadiləsi, müzakirələr aparılır. Valideyn övladının məktəbdə qarşılaşdığı problemlərdən xəbərdar olur.

     Sonra görüş məktəbin akt zalında davam edib. Görüşdə məktəbin direktoru Sevinc Budaqova, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Gülnarə İsmayılova və Lalə Ələkbərova, fənn müəllimləri və sinif rəhbərləri iştirak etdilər. Ana dili, riyaziyyat, ingilis dili fənlərindən keçirilmiş yoxlama işlərinin müqayisəli təhlili aparıldı. Ekranda şagirdlərin bilik səviyyələrinin izlənilməsi qrafik şəklində valideynlərə göstərildi. Valideynlərin sualları cavablandırıldı, iradları və tövsiyyələri rəhbərlik tərəfindən qeydə alındı.

     Görüşün sonunda şagirdlərin ifasında Nəsiminin 650 illiyinə həsr edilmiş ədəbi-bədii kompozisiyaya təqdim olundu.

     Sonra valideynlər məktəblə əyani tanış olmaqla yanaşı şagirdlərin əl işləri ilə yaxından maraqlandılar.

      Valideynlər məktəbədən xoş təəssüratlarla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi