Ulu Öndər Heydər Əliyevin anım günü

   Dekabrın 12-də xalqımızın rəşadətli oğlu, tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq birinci saatlar onun xatirəsinə həsr edildi. Başda məktəbin direktoru Sevinc Budaqova olmaqla məktəbin rəhbərliyi, müəllimləri və şagirdləri Heydər Əliyev parkında yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər.

    Sevinc xanım dahi insan, unudulmaz rəhbərin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verdi. Şagirdlər Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər. Bir dəqiqəlik sükut ilə xatirəsini yad edib, abidənin önünə tər çiçəklər düzdülər.

    Sonda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi