İsrail dövlətinin turizm şirkətlərin nümayəndələri məktəbdə qonaq oldular

     Dekabrın 6-da İsrail dövlətinin turizm şirkətlərin nümayəndələri  məktəbdə qonaq oldular. Onlar azsaylı xalqların övladlarının təhsil şəraiti ilə maraqlandılar. Məktəbdə təhsil alan yəhudi mənşəli şagirlərin təhsili, bilik səviyyələri ilə yaxından maraqlandılar. Fənlərin tədrisi vəziyyəti, yəhudi mənşəli az yaşlı uşaqların bağça şəraiti ilə yaxından tanış oldular.

      Bu görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Böyük məsləhətçisi Hökümə Abbasova, Bakı  Şəhəri  üzrə  Təhsil  İdarəsinin sektor müdiri Afiq Əzizov, “Vaad L Hatzolas Nidchei Yisroel” Yəhudi Humanitar təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sədr müavini rav Zamir İsayev və məktəbin direktoru Sevinc xanım Budaqova iştirak ertmişlər.

      Görüşdən qonaqlar çox razı qaldılar və dostluq əlaqələrinin davam etdiriləcəyini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi