Aleksey Karataşovdan qızıl medal!

       Dekabrın 7-də Tokioda keçirilən batut gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarından daha bir sevindirici xəbər gəldi.

       Tamblinq yarışlarında 11-12 yaşlı gimnastlar arasında ölkəmizi təmsil edən məktəbimizin 5 “C” sinif şagirdi olan Aleksey Karataşov yarışların qızıl medalını qazandı. Təsnifat mərhələsində elə ilk pillədən finala vəsiqə qazanan Bakı Gimnastika Məktəbinin yetirməsi Aleksey, finalda da 62.700 xalla birinciliyi əldən buraxmadı.

      Qalibin şərəfinə yeni istifadəyə verilmiş və Tokio-2020 Olimpiya Oyunları çərçivəsində gimnastika yarışlarının keçiriləcəyi Ariake Arenasında Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

      Bu münasibətlə şagirdimizi təbrik edirik! Uğurların bol olsun, Aleksey!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi