“Miqyas” mövzusuna aid “Açıq dərs” keçirildi

    Dekabrın 3-də məktəbin riyaziyyat müəllimi Güllü Əhmədova 6 “C” sinfində “Miqyas” mövzusuna aid “Açıq dərs”i keçirilmişdir

    Dərsin məqsədi şagirdlərdə miqyas və onun növləri haqqında təsəvvür yaratmaq və onlara geniş məlumat vermək, gündəlik həyatda miqyasdan istifadə etməyi öyrətmək, riyaziyyatın həyatımızda mühüm rol oynadığını göstərmək, şagirdlərdə riyaziyyat fənninə maraq oyatmaq və onun başqa fənlərlə, xüsusilə də coğrafiya ilə əlaqəli olduğunu qeyd etmək idi.

    Şagirdlər dərsin izahı zamanı bir çox yeni məlumatlarla tanış olmuş, xəritədə Azərbaycanın şəhərləri arasındakı məsafəni miqyasın sayəsində hesablamış, həmçinin sinifdə gizlədilmiş xəzinəni verilmiş miqyasa uyğun olan plan üzrə tapmışlar. Dərs çox maraqlı və maarifləndirici keçdi. Şagirdlər dərsdən böyük zövq aldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi