Məktəbimizin 8 C sinif şagirdi Abbas Əliyev idmanın kikboksinq növü üzrə bir sıra şəhərlərarası, ölkədaxili və beynəlxalq yarışlarda iştirak edərək, ölkəmizi təmsil etmiş, diplom, medal və kəmərlərə layiq görülmüşdür.
Şagirdimizi təbrik edir, uğur və nailiyyətlərinin davamını arzulayırıq.
25-28 aprel tarixləri arasında Türkiyənin Antalya şəhərində baş tutan qılıncoynatma üzrə EFC U14 Cirkuit turniri çərçivəsində məktəbimizin 8 C sinif şagirdi Rəhman Məmmədov Anar oğlu şəxsi yarışda 107 iştirakçı arasında 6-cı yerə layiq görüldü və bürünc medal və diplomla mükafatlandırıldı. Komanda yarışında isə komanda üzvləri 22 komanda arasında 3-cü yerə layiq görülərək bürünc medala sahib oldular.
Həmçinin, Rəhman Məmmədov nəticələrinə görə "İdman Ustalığına Namizəd" dərəcəsinə laiq görüldü.
Şagirdimizi təbrik edir, gələcək yarışlarda və təhsilində uğurlarının bol olmasını arzulayırıq.