VI Respublika fənn müsabiqələrinin birinci mərhələsinin nəticələri

    Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən VI Respublika fənn müsabiqələrinin birinci mərhələsinin nəticələri bəlli olub. 46 nömrəli tam orta məktəbin VII sinif şagirdləri Ülvi Bababəyli, Əsəd Əsədli, İbrahimli Aylin və Hüseyn Səmədzadə qalib gələrək ikinci mərhələyə (finala) vəsiqə qazanıblar.

   Bununla əlaqədar məktəbin direktoru S.B.Budaqova şagirdlərlə onlayn görüş keçirtdi. Onları və valideynlərini  təbrik etdi, ikinci mərhələyə daha yaxşı hazırlaşmalarını tövsiyə etdi və müvəffəqiyyətlər arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi