Veteranlarla görüş

20 yanvar faciəsinin 28-ci ildönümü ərəfəsində məktəbimizdə müharibə veteranları ilə şagirdlərin görüşü təşkil edildi.Tədbirdə 1941-1945-ci il Böyük Vətən müharibəsi veteranları Əlikişi Cümşüdov və Məmməd Mirzəliyev,Nərimanov rayon veteranlar təşkilatının beynəlxalq əlaqələr komissiyasının sədri,Qarabağ müharibəsi veteranı,hüquq doktoru Fazil Hacıyev,respublika müharibə,əmək və silahlı qüvvələr veteranlar təşkilatının gənclərin hərbi vətənpərvərlik şöbəsinin aparıcı mütəxəsisi Nəbi Hacıyev və həmin şöbənin mütəxəsisi İsmayıl İsmayılov,Nərimanov rayon veteranlar şurasının sədr əvəzi Sevil İsrafilova iştirak edirdi.Tədbiri giriş sözü ilə məktəbin direktoru Tahirə xanım Şükürova açaraq qonaqları salamlayıb sözü veteranlara verdi.
Dörd qardaşı ilə birgə müharibədə iştirak edən veteran Məmməd Mirzəliyev çıxış edərək,keçdiyi döyüş yolundan danışdı.Söylədi ki,20 yanvar hadisəsi Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. 1990 - cı ilin 20 yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Digər qonaqlar da çıxış edərək,şagirdlərə bu hadisənin mahiyyətini daha aydın formada açıqlayaraq dedilər ki,bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi.
Daha sonra Nərimanov rayon veteranlar şurasının sədr əvəzi Sevil İsrafilova bu şəraiti yaratdığına görə məktəb rəhbəri Tahirə xanım Şükürovaya təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi