Məktəbdə "Son zəng" tədbiri

İyunun 14-də məktəbdə "Son zəng" tədbiri keçirildi. Tədbirdə məktəbin məzunlarının iştirakı ilə mahnılar, rəqslər nümayiş etdirildi. Məktəbin direktoru Tahirə Şükürova məzunları təbrik edərək dərs ilini müvəffəqiyyətlə başa vuran, idman yarışları və məktəb tədbirlərində fəal iştirakına görə fərqlənən şagirdləri Fəxri Fərmanla təltif etdi. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Nigar Tanrıverdi, keçmiş müəllimlərimizdən Sevil İsrafilova, keçmiş məzunlarımızdan Fərid Müslüm və digər qonaqlar iştirak etdilər. Məktəbin məzunlarını “Son zəng” münasibətilə bir daha ürəkdən təbrik edir, gələcək həyatlarında uğurlar arzulayırıq!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi