İnternet qırılması

Ekran qırılması adlı növbəti möhtəşəm Etwining layihəsini Türkiyə, Azərbaycan və Rumıniyadan olan müəllim və şagirdlər uğurla həyata keçirirlər.

Azərbaycanı təmsil edən və layihənin qurucu ortağı olan ibtidai sinif müəllimi Hüseynova İlhamə layihəyə 2 b sinif şagirdləri ilə birlikdə qoşuldu.

Layihə haqqında 

1- Şagirdləri, valideynləri və müəllimləri ekran asılılığı və ekran vaxtının idarə edilməsi haqqında məlumatlandırmaq.

2- Şagirdlərin fiziki, sosial və əqli inkişafını dəstəkləyən yaradıcı fəaliyyətləri planlaşdırmaq və həyata keçirmək.

3- Bu vizual ünsiyyət vasitələri ilə bağlı uşaqlarımızın düzgün vaxt idarə etmələri üçün həllər hazırlamaq.

4- Screen Time Tracking kimi üsullardan istifadə edərək tələbələrin ailələri və dostları ilə daha çox və keyfiyyətli vaxt keçirmələrini təmin edərək sosial yönlərini gücləndirmək.

5- Ekran vaxtından səmərəli və düzgün istifadə edərkən rəqəmsal və vizual vasitələrdən şüurlu şəkildə istifadə etmə bacarığı əldə etmək.

6- eTwinning platforması vasitəsilə müxtəlif məktəblərdən olan tələbələr arasında əməkdaşlıq və təcrübə mübadiləsini təşviq edərək layihə çərçivəsindəki fəaliyyətlərdən əldə edilən nailiyyətləri yaymaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi