Xocalını unutmuruq, unutdurmuruq!

Bəşər tarixində insanlıq əleyhinə ən ağır cinayətlərdən olan Xocalı Soyqırımının 33-cü ildönümüdür. Məktəbimizdə Xocalı faciəsinin anım gününə həsr olunmuş tədbir keçirildi. Tədbir məktəbimizin tarix müəllimi Zəhra Babayevanın təşkilatçılığı ilə 7 "B" sinif şagirdlərinin iştirakı ilə təşkil edilmişdir. Şagirdlər faciənin yaddaşımızda əhəmiyyəti barədə fikirlərini bölüşdülər. Sonda söz məktəbin direktoru Tahirə Şükürovaya verildi. Tahirə xanım çıxışında xalqımıza qarşı törədilmiş bu kütləvi qırğın heç vaxt unudulmayacağını söylədi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz antiterror tədbirləri nəticəsində Xocalı rayonunu da separatçılardan tamamilə azad etdi və soyqırımı qurbanlarının qanı yerdə qalmadı. Üçrəngli bayrağımızın qürurla dalğalandığı Xocalıda mühüm quruculuq-bərpa işləri aparılır, firavan gələcəyin və iqtisadi tərəqqinin bünövrəsi qoyulur. Xocalı sakinləri doğma yurdlarına qayıdırlar. Xocalı faciəsinin qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi