Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi" ilə əlaqədar xüsusi dərs keçirildi
“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli 4248 nömrəli Sərəncamının icrasından irəli gələrək Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi, Naxçıvan memarlığı və tarixi abidələri haqqında şagirdlərin maarifləndirilməsi məqsədilə cari ilin dekabr ayı ərzində “Məktəblərdə Naxçıvan ayı” layihəsinin keçirilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq məktəbimizin tarix müəllimi Gülnarə Tanqrıverdiyevanın təşkilatçılığı ilə Naxçıvanın tarixi, memarlığı və mədəniyyət abidələri mövzusunda xüsusi dərs keçirildi.