Yurdumuza Bahar Gəlir

   Məktəbimizdə “Novruz gəlir, yaz gəlir” adlı silsilə Novruz bayramı şənlikləri keçirilib. Azərbaycan xalqının milli-mənəvi, maddi və mədəni dəyərlərini gənc nəslə daha yaxından tanıtmaq və təbliğ etmək məqsədilə keçirilən tədbirlərdə məktəbimizin direktoru Tahirə Şükürova, direktor müavinləri, müəllimlər və şagirdlər iştirak ediblər.

   Şənlikdə Novruz bayramının özünəməxsus xüsusiyyətlərindən söz açılıb, bu bayramın xalqımızın ən böyük milli bayramı olduğu vurğulanıb. Çıxış edənlər təbiətin oyanışının rəmzi olan bu bayramın özü ilə bərabər ruzi-bərəkət, yüksək əhval-ruhiyyə, həyata qaynarlılıq gətirdiyini qeyd ediblər. Bahar qızı, Keçəl və Kosanın gəlişi ilə başlayan bayram şənliklərində milli geyimli şagirdlərin ifasında rəqslərlə bərabər müxtəlif səhnəciklər və oyunlar da nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi