“Miniatür Kitab Muzeyi”nə gəzinti təşkil edildi

Məktəbimizin Azərbaycan dili müəllimi Təranə Rüstəmova Novruz bayramı ərəfəsində şagirdlərin dünyagörüşünün və mütaliyə həvəsinin artıqmaq məqsədilə, tarixi və mədəniyyət abidələrimizin şagirdlər arasında maarifləndirmə işinin təşkili sahəsində “İçərişəhər”, “Qala tarixi memarlıq qoruğu”na və “Miniatür Kitab Muzeyi”nə 7 “C” sinif şagirdlərinin gəzintisini təşkil etdi. “Miniatür kitab Muzeyi”inə gəzinti şagirdlərin mənəvi aləminə müsbət təsir göstərdi. Muzeyin bələdçisi muzeyin 2 aprel 2002-ci ildə fəaliyyətə başlaması, 20 ildən artıq müddətdə toplanmış nadir kolleksiyası əsasında yaradılması haqqında məlumat verdi. Şagirdlər muzeyin ekspozisiyasının 27 vitrində yerləşdirilməsini və bu vitrinlərdə 73 ölkədə nəşr edilmiş 3750 miniatür kitab düzüldüyünü, muzeyin kitab fondunda isə 5300-dən çox miniatür nəşr olduğunu öyrəndilər. “Gəzinti zamanı çəkilən şəkillər şagirdlərin yaddaşında xoş günlərdən bir xatirə olaraq qalacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi